Online hüquqi yardım

Ad, soyad, ata adı: *
Telefon:
Elektron poçtunuz:
Digər əlaqə vasitəniz
(İCQ, MSN, Skype və s.):
Yaşınız:
Yaşadığınız yer
(ölkə, rayon, şəhər):
Sualınızı və ya probleminizi yazın (ərtaflı) *
Təhlükəsizlik kodu:
Kodu daxil edin: *
 


Igenderov Veled Eli oglu
 26.11.2013
Sual:
menim 63 yasim avqustun 15tamam olub 33il is stajim var mene pensiya vermek ucun 200manat pul isteyirler mehkemeden staja gore deyirler pulu ver pensiyani tez al 100 manata kimi xercim cixib SEMKIRDE
Cavab:
Salam. Azərbaycan Respublikasının "Əmək pensiyaları" haqqında Qanunun 7-ci maddəsinə əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Yəni. sizin pensiya üçün müəyyən edilmiş yaş həddiniz çatmışdır.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Qasimova ilahe Qasim qizi
 26.11.2013
Sual:
Çox xahiş edirem yazdiqlarimi cavabsiz qoymayin heqiqeten komeye çox ehtiyyacim var...Sehv addim atmamagim uçun mene meslehet verin...
Cavab:
Salam. Sualınız artıq cavablanmışdır.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
İskəndərov Tamerlan Cəfər
 26.11.2013
Sual:
Salam! Əvvəlcədən bu şəraiti yaratdığınız üçün təşəkkür edirəm!
Qardaşım (generalnıy)etibarnamə əsasında avtomobil alıb,indi mən həmin avtomobili alqı satqı yolu ilə adıma keçirmək istəyirəm onuda deyimki avtomobil Sabunçu rayonundan olan bir şəxsin adına qeydiyyatdadıMən bu proseduranı həyata keçirmək üçün hara müraciət eləməliyəm avtomobilin nömrəsi Bakı qeydiyyatındadı mən isə Şabran rayonunda həmən nömrəni öz adımda saxlaya bilərəmmi?Sənədləşmə işləri üçün Baş Dövlət yol polis idarəsinə getməliyəm?Yoxsa ilkin sahibini tapmalıyam?
Cavab:
Salam. İlk növbədə siz qardaşınızla notariat kontorunda alqı-satqı müqaviləsi bağlamaqla avtomobili aldıqdan sonra öz adınıza keçirə bilərsiniz. Xeyr, Şabran rayonun seriya nömrəsinə dəyişdirilməlidir.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Aslan Aslanov
 26.11.2013
Sual:
Salam.
Mende kiraye muqavilesi var, notariat kontorunda testiq edilmis. Onun bir bendinde deyilir ki, kirede qalan insan bir ay muddetinde kiraye pulunu odemese, menzili terk edib ordan qediyyatdan cixmalidir.
O adam evi terk edib, amma qeydiyyatdan cixmaqdan imtina edir.
Mehkemede deyirler ki, biz qeydiyyatdan cixarmiriq, gedin "pasport stola". "Pasport stol"da deyirler ki, qeydiyyatda olanin raziligi olmadan onu qeydiyyatdan cixara bilmerik.
Menzilin kupcasi menim adimadir. Men hansi mecellenin hansi bendine esaslanaraq mehkemeye verib o adami mecburi qeydiyyatdan cixara bilerem?
Tesekkur edirem.
Cavab:
Salam. Bəli, bunun üçün müvafiq rayon üzrə Polis İdarəsinin qeydiyyat şöbəsinə müraciət edin. Əgər həmin şəxslərin mənzildən çıxarılmasını təmin etməsələr, siz yazılı şəkildə imtina məktubu tələb edin. Bundan sonra müvafiq məhkəməyə müraciət edərək, həmin şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasını tələb edə bilərsiniz. Əgər qaranlıq məqam olarsa, bizimlə əlaqə saxlaya bilərsiniz.
Tel: (012) 498-79-31;

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Qasimova ilahe Qasim qizi
 26.11.2013
Sual:
Salam her vaxtiniz xeyir olsun...Cox xahiw edirem menim sualimi cavablandirasiz...Men artiq 4 il bitecek ayrilmiwam 4 yawinda bir qizim var ata evinde yawayiram...Ailemle prablemler yawayiram evveller mene qarwi bele deyildiler ancaq indi cox ustume gelirler...Qardawim menimle hec cur dolanmir bilmirem ne sebebe meni o evde gormek istemirem cox ezab cekirem demek olarki dustaq heyati yawayiram her weyden mehrumam ne dostum ne yaxinim her iwime qariwirlar...Bezen bir ana bir qadin oldugumu unuduram bezen ozumu oldurmeyi bele duwunurem ama qizima gore birteher dozurem...Öz övladima da urekli analiq ede bilmirem her iwime qariwirlar qardawim defelerle mene el qaldirib evden cixib getmek istemiwem onada razi olmayiblar...Onlar ne dese onu etmek mecburiyyetindeyem ama artiq yorulmuwam menimde bir heyatim olsun isteyirem...Qerara gelmiwem ki qizimi da goturub evden cixim...Meni narahat eden budur ki menim bir qadin kimi oz heyatimi ozum qurub yawamaq huququm varmi...Bu addimi atsam menim ailem wikayet edib meni geri qaytara bilermi ve yaxudda qizimi elimden ala bilerlermi...Bezi ailelerde neveni qebul etmirler ama bizim ailede prablem eksinedi onlar meni yox qizimi isteyirler men evden cixib getsem mene gore yox nevelerinden ayri duwduklerine gore wikayet edeceklerini bilirem...Ailem menim geleceyim ucun hecbir wey fikirlewmirler dedikleri sadece budur oturacaqsan bu evde biz deyen olacaq...Men bele yawamaqdan bezmiwem tek isteyim meni rahat buraxsinlar...fikrim kirayede qalib qizimi bagcaya qoyub iwleyib ozumu dolandirmaqdi...Ve birde bilmek isteyirem bele olsa mene sosial yardim duwurmu...Bit sozle men ne etmeliyem oz huququmdan nece istifade edim...Cox xahiw edirem cavabsiz qoymayin cunki meslehete cox ehtiyyacim var sehv addim atmamaq ucun...Tewekkurler...
Cavab:
Salam. Sizin övladınızı götürüb çıxmağınıza heç kim maneçilik törədə bilməz. Siz sərbəst şəxsiniz. Əlavə məlumat üçün iş vaxtı 012 498-79-31 bu nömrə vasitəsi ilə bizimlə əlaqə saxlaya bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
ayshen
 26.11.2013
Sual:
salam 18 yashi tamam olmush biri ucun boshanarken ata ana shahidlik etmelidirmi, xaish edirem cavablandirin cox onemli meseledi
Cavab:
Salam. Xeyr, qanunvericilikdə belə bir qayda nəzərdə tutulmamışdır.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Emil Ibrahimov Yasin
 26.11.2013
Sual:
Məni məcburi ailəmdən boşandirsalar uşaqlarımı öz öhtəmə götürə bilərəm?
Qeyd etmək istəyirəm ki, yoldaşımı və uşaqlarımı qaynatam və qaynənəm gəlib aparıb heç bir səbəb olmadan, fikirləri mənim maaşımdan aliment almaqdır... Menim de ailemden boşanmaq kimi bir fikrim yoxdur... Yoldaşımın heç bir təhsili və işi yoxdur. heç bir geliri de yoxdur... qaynatam ve qaynənəin də heç bir savadı yoxdur və qaynatam fehlecilikle meşquldur...
Cavab:
Salam. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4.-cü maddəsində qeyd olunur ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Yəni, uşaqların yaşayış yeri məhkəmə tərəfindən həll edildiyi üçün sualınıza konkret cavab verə bilmərik. Lakin qeyd etmək istərdik ki, uşaqların mənafeyini nəzərə alaraq məhkəmə bir qayda olaraq uşağın ana ilə qalmasına qərar verir.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Mahmudova Sevinc Hafiz
 26.11.2013
Sual:
Salam.
işsizlik statusu almaq üçün lazım olan arayışlar:pensiya almamaq haqqında, mülkiyyətində torpaq payı olmaması haqqında və fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması haqqında arayışlar əmrə əsasən birbaşa Məşğulluq Mərkəzinə göndərilməlidir,yoxsa vətəndaş özu aparmalıdır?
Işsizlik statusu almaq üçün Məşğulluq Mərkəzinə ərizə ilə müraciət etmek lazımdır?
Cavab:
Salam. Bununla bağlı zəhmət olmasa yaşadığınız rayon üzrə Məşğulluk Mərkəzinə müraciət edin. Orada sizə ətraflı məlumat veriləcəkdir.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Gulu
 26.11.2013
Sual:
Siz mene diyesen komek etmek istemirsiz !men bosanmisam ataliqdan huququndanda mehrum edilmeyib bilmirem ki harasa gets em doverenost lazimdi hele bir sey elemek olmazki doverenosiz gedim axi o hec usaqlara baxmir men ondan asiliyam bu nece devletdi
Cavab:
Salam. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, 18 yaşına çatmayan şəxslər yalnız hər iki valideynin razılığı ilə ölkədən çıxarıla bilər. Əgər valideynlərdən biri razı olmadıqda, bu məsələ məhkəmə qaydasında həll oluna bilər. Yəni, uşağın atası bunun üçün razılıq vermirsə, siz məhkəməyə müraciət edə bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
ceferova leyla kenan qizi
 26.11.2013
Sual:
Salam.menim sualim beledir.2011ci ilde aile qurmuwam.yoldawimnan ayrilmaq qerarina gelmiwik.oglum var 11ayliqdi.yoldawim ve uwagim rusiya vetendawidi men ise buranin.bilmek isdeyirem uwagim mende qalmaq ehtimali var yoxsa nece?bowananda uwagima orda olan evden pay duwur?deyim ki yoldawimgilin orda evi var .birde yoldawimin ailesinden bowananda kime wikayet ede bilerem?ailemi mehv elediler.evvelceden tewekkurler
Cavab:
Salam. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Yəni, uşağın 1 yaşı tamam olmayınca, sizin razılığınız olmadan nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.
Həmin Məcəlləyə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların kiminlə yaşamasına, uşaqların mənafeyi nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
afet quliyeva isa
 26.11.2013
Sual:
salam.evvelceden size tesekkur edirem.ata eger evli qizina ev bagislayirsa ve evi qizinin adina kecirdirse,bosanma olduqda evden er pay alir.
Cavab:
Salam. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

İHHK-nın Hüquqi Yardım Mərkəzi
wukurova aygun
 25.11.2013
Sual:
salam.biz qusar rayon qeydiyyatindayiq ve bakida torpaq ve ya ev almaq isteyirik,oz adimiza ala bilerikmi?bir de oradan cixib bakida qeydiyyata duwmek ucun ne etmeliyik,ne qeder pul cixar?
Cavab:
Salam. Bəli, ala bilərsiniz. Bundan sonra həmin mənzilin sənədi əsasında müvafiq rayonun Polis İdarəsinə müraciət edərək qeydiyyata düşə bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Ramil
 25.11.2013
Sual:
bosanan qadin bir basqasi ile aile qurarsa,bosayan teref aliment odemelidir yoxsa yox?
Cavab:
Salam. Aliment uşağın saxlanması üçün nəzərdə tutulduğu üçün, qadının ailə qurması kişini aliment ödəməkdən azad etmir.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
gulnar ismailova
 25.11.2013
Sual:
Salam.Meni analiqdan mehrum eleseler ovladlarim menden imtina elemeseler onda yoldawimin onlari menden alma huququ varmi?
Cavab:
Salam. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4.-cü maddəsində qeyd olunur ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Yəni, uşaqların yaşayış yeri məhkəmə tərəfindən həll edildiyi üçün sualınıza konkret cavab verə bilmərik. Lakin qeyd etmək istərdik ki, uşaqların mənafeyini nəzərə alaraq məhkəmə bir qayda olaraq uşağın ana ilə qalmasına qərar verir.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
memmedova aysen
 24.11.2013
Sual:
salam bizim nigahimiz var indi boshanmag isteyirik amma ailem ata anam bilmir sevdiyimle nigahim oldugunu mene oglan deyirki gerek biz boshananda ata anan sahidlik ede mende deye bilmerem evdekiler bilmirler amma menim 18 yashm var ozumuz boshana bilmerikmi ata ana lazimdimi bu ishde
Cavab:
Salam. Nikahın pozulması zamanı heç kimin şahidlik etməsi tələb olunmur.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Tagi,Abbasov,Mehdi
 24.11.2013
Sual:
Salam.torpaq alarken hansi senedleri teleb etmeliyem?satanin adindan etibarnameni legv edib nece oz adima kecirde bilerem?
Cavab:
Salam. Notariat orqanında alqı-satqı müqaviləsi bağladıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestrinin ərazi İdarəsinə müraciət edərək, çıxarışı öz adınıza keçirə bilərsiniz. Ətarflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Əlaqə: 012 - 498-79-31

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Tagi,Abbasov,Mehdi
 24.11.2013
Sual:
torpaq alarken hansi senedleri teleb etmeliyem?satanin etibarnamesin nece legv edib oz adima kecirde bilerem?cox tesekkur edirem
Cavab:
Salam. Notariat orqanında alqı-satqı müqaviləsi bağladıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestrinin ərazi İdarəsinə müraciət edərək, çıxarışı öz adınıza keçirə bilərsiniz. Ətarflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Əlaqə: 012 - 498-79-31

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Ruslan Memmedov Evez oqlu
 24.11.2013
Sual:
Huquqi normativ senedler ve vahid telimatin hazirlanmasi ile baqli komeyinize ehtiyacimiz var!
Cavab:
Salam. Sualınız aydın deyil. Zəhmət olmasa sualınızı dəqiqləşdirin.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Elmar
 23.11.2013
Sual:
Bizim evde qeydiyyatda 5 nefer var.(Men,bacim,qardasim,anam,qardasimin yoldasi).Mulkiyyetci anamdir.Qardasimin yoldasi 2011-ci ilden bizim evde qeydiyyatdadir.Hal hazirda qardasimla yoldasi bosaniblar.Gelin evden pay teleb edir.Gelinin bu evde yasamaq huququ yoxdur (bosanarken mehkeme ona yasamaq huququ vermeyib).Gelin evde bir sira problemler,dava-dalas yaradir.Anam artiq 1 defe onun haqqinda polise sikayet erizesi yazib.Evden geline ne qeder pay duse biiler ve yaxud geline umumiyyetle bay dusurmu? Ve bir seyi de oyrenmek isteyirem ki geline pay vermeden onu qeydiyyatdan cixarmaq olarmi ? Diqqetinize gore minnetdaram.
Cavab:
Salam. Bəli, qanunvericiliyə əsasən, gəlinin həmin mənzildən istifadə hüququ yaranmayıb. Ananız Polis İdarəsinə müraciət etməklə, gəlinin mənzildən qeydiyyatdan çıxarılmasını tələb edə bilər.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Elvin Rehimov Tofiq oglu
 23.11.2013
Sual:
Cox cox xaiş edirem mene meslehet verin..bu yaxinliqda facebook şebekesinde menim icazəm olmadan şekilərim paylaşilmişdir ve men bu seyfenin adminlerinen xaiş eledim silsinlər amma silmədilər..mən hara muraciyət edim ? polisə məhkəməyə haraya cox xaiş edirəm yol gostərin
Cavab:
Salam. Məsləhət görərdik ki, ilk növbədə şikayət ərizəsi ilə Polis orqanlarına müraciət edəsiz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
ibrahimova ilahe ferahim
 22.11.2013
Sual:
salam axsaminiz xeyir.menim qardasimin yenice 3cu usagi olub .bilmek isterdik yeni dogulmusa dovlet terefinden sut pulu ne qeder verilecek ve nece ala bilerik.indiden tesekkurler.
Cavab:
Salam. Bu məbləğ 82 manat müəyyən edilmişdir.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Seyidbeyli MirNizami Mehdi
 22.11.2013
Sual:
atam mənə sürücülük davernusu verə bilərmi.?
Cavab:
Salam. Əgər maşının mülkiyyətçisi atanızdırsa və sizin 18 yaşınız tamam olubsa, verə bilər.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Musayev Pərviz Yusif
 22.11.2013
Sual:
Salam.Mənim sualım boşanma barəsindədir xahiş edirəm mənə izah edərsiz boşanmaq üçün hansı sənədlər toplanmaldır və hara verilməlidir və bunu üçün nə qədər pul ödənilməlidir və imkan varsa hara ödənilməlidir həmin rüsumlar.
Cavab:
Salam. Ərizə, nikah haqqında şəhadətnamə, ər və arvadın şəxsiyyət vəsiqəsinin surəti, yetkinlik yaşına çatmayan uşaqlar olduqda, onların doğum haqqında şəhadətnaməni surətini qarşı tərəfin qeydiyyatda olduğu rayon (şəhər) məhkəməsinə müraciət edərək, nikahın pozulmasın tələb edə bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
abbasov ramal abbas
 22.11.2013
Sual:
salam men mawinin texpasportunu itirmisem onun cerime rusumu necedir?
Cavab:
Salam. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində bununla nəqliyat vasitəsinin texniki passportunun itirilməsi üçün hər hansı cərimə nəzərdə tutulmamışdır.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Anar .
 21.11.2013
Sual:
Salam.
Sual: İpotekada olan mənzilin digər bir şəxsə satmaq mümkündürmü? Yəni bunun hüquqi əsası varmı? Əvvəlcədən təşəkkür edirəm!
Cavab:
Salam. Bəli, sata bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
<<< geri | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 | irəli >>>