Online hüquqi yardım

Ad, soyad, ata adı: *
Telefon:
Elektron poçtunuz:
Digər əlaqə vasitəniz
(İCQ, MSN, Skype və s.):
Yaşınız:
Yaşadığınız yer
(ölkə, rayon, şəhər):
Sualınızı və ya probleminizi yazın (ərtaflı) *
Təhlükəsizlik kodu:
Kodu daxil edin: *
 


Tebriz
 13.07.2013
Sual:
salam men sikayet vermisem yungul mubahise ustunde indi o sikayetimi geri gotursem men cinayet dasimiram?
Cavab:
Salam.Azərbaycan Respubliksının cinayət-prosesual qanunvericiliyinə əsasən, sizin verilmiş hər hansı bir şikayətdən, o cümlədən sizə qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin törədilməsi haqqında şikayətdən imtina etmək hüququnuz var. Buna görə heç bir məsuliyyət nəzərdə tutulmayıb.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
leman cabbarova
 13.07.2013
Sual:
1 aydi evliyem yoldasim aiyrilmaq ucun mehkemeye muraciet edib menim raziliqim yoxdu.qanun ile qadina neler dusur nigahin pozulmasinda (ev zinet esyasi).aldadib menimle aile qurub xestedi ozu bunun qanunla cezasi var?
Cavab:
Ailə Məcəlləsinin 20ci maddəsinə əsasən, tərəflərdən birinin boşanmağa razılığı yoxdursa, nikah məhkəmə yolu ilə pozulur.
Nikah dövründə əldə edilmiş əmlak ər-arvadın ümumi birgə əmlakı sayılır və onların arasında bərabər şəkildə bölünür.
Ailə Məcəlləsinin 13.3 maddəsinə əsasən, nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və ya insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbilə məhkəməyə müraciət edə bilər.

İHHK-nın Hüquqi Yardım Mərkəzi

yunusov tebriz tofiq oglu
 12.07.2013
Sual:
aile veziyyetinin deyismesi ile elaqeder s/v deyisilmesi ucun hansi senedler teleb olunur?
Cavab:
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 4-cü maddəsinə əsasən vətəndaşın ailə vəziyyəti dəyişildikdə şəxsiyyət vəsiqəsi nikah qeydə alinandan sonra bir ay ərzində dəyişdirməlidir. Bunun üçün aşağıdakı sənədləri təqdim etməklə qeydiyyatda olduğu ərazi üzrə Qeydiyyat və şəxsiyyət vəsiqəsi Xidmətinə müraciət etməlidir:
2 saylı ərizə forması,
VVADQ (ZAQS) tərəfindən verilmiş nikah şəhadətnaməsi,
3 ədəd rəngli fotoşəkil,
Dövlət rüsumunun ödənilməsi barədə qəbz (1manat)

İHHK-nın Hüquqi Yardım Mərkəzi

veliyeva samire rehim qizi
 12.07.2013
Sual:
men 6 ildi aileliyem 3 yawinda oglum var zaksim var ama qeydiyatda deyilem yawadigim evde 8 nefer qeydiyatdadi 2 otaqli evdi qaynanam erim oglum men yawiyiriq bowanmaq istiyirem erim 1500 manat maaw alir mene ne duwecey mehkeme qerari ile birde ayrica heyet evi var yoldawimin adina 1 otaqli evdi balaca o mene verile biler? yawama huququ verilcek aliment ne qeder duwecey etrafli yazsaz sevinerem tewekkurler
Cavab:
Evvela siz uşağın saxlanilması üçün aliment tələb edı bilərsiniz. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aliment tutulur (1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi).
Yoldaşınızın adına olan ev nikah dövründə əldə edilibsə (yoldaşınızın mülkiyyətinə vərəsəlik qaydasında və ya hədiyyə olaraq keşməyibsə), siz bu evin, eləcə də nikah dövründə əldə edilmiş digər əmlakın bölünməsi tələbi ilə məhkəməyə müraciət edə bilərsiz, buz aman ər-arvadın payları məhkəmə tərəfindən müəyyən olunur.
Nəzərə alın ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

İHHK-nın Hüquqi Yardım Mərkəzi


Qəhrəmanova Yaqut Qəhrəman
 11.07.2013
Sual:
Mənə bu məsələni həll etməkdə köməyinizə görə əvvəlcədən təşəkkür edirəm.
Bir ailə müraciət edib ona kömək etmək istərdik. Sizin yardımınıza ehtiyacımız var.
Azyaşlı qızın namusuna təcavüz edilib.İndi oğlan həmin bakirəliyi pozulmuş qıza sahib durmaq istəmir.Qız tərəf isə ya evlənməyi ya da oğlanın cinayətə cəlb ediləcəyi təkidi ilə əl çəkmir. Belə hadisədə zərərşəkən və zərər törədənlərin hansı haqları vardır. Oğlan qızın oz istəyi ilə belə olduğunu israr edir. Bu məsələdə ailələrə hansı formada komək edə bilərik?
Cavab:
Siz zərərçəkənin yaşını qeyd etməmisiz. Qız 16 yaşına çatmayıbsa hadisənin öz istəyilə baş verib verməməsindən asılı olmayaraq bu cür əməllər cinayət sayılır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrilə nəzərdə tutulub- maddə 149.2.3: Zorlama (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; əgər zorlama deyilsə, o halda Cinayət Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulmuş "Yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə"- bu əməl üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Emil Movsumov
 10.07.2013
Sual:
xarici pasportda aile durumu haqqinda melumat olurmu? subay vaxti alinmish xarici pasport evli olduqdan sonra yenilenmelidirmi?
Cavab:
Xeyr, olmur.
babek memmedov
 10.07.2013
Sual:
Ölüm haqqında şəhadətnamə almaq üçün iddia ərizəsini necə yaza bilərəm? Nümunə göstərə bilərsinizmi?
Cavab:
Ölüm haqda şəhadətnamə Qeydiyyat orqani tərəfindən verilir.
Firdovsi
 08.07.2013
Sual:
Salam. Zehmet olmasa deyerdiz. Qadin heyat yoldashinda ayrilmaq isteyir kishi ise istemir. qanunumuz bu haqqda ne deyir? ushaq ise 9 yashindadi ana ile qalmali ya ushagin fikri onemlidi ?Allah komeyiniz olsun
Cavab:
Salam. Siz nikahın pozulması üçün məhkəməyə müraciət etməlisiz, qarşı tərəf boşanmağa razi olmazsa, məhkəmə barışıq üçün 3 ay vaxt təyin edə bilər. Həmin müddətdə barışıq olmasa, məhkəmə nikahın pozulması haqda qərar çıxaracaq. Uşaqların kimin yanında qalması məsələsini məhkəmə həll edir, 9 yaşda uşağın fikri öyrənilmir.
Mirzeyeva
 05.06.2013
Sual:
Boshanma huquqlarini oyrenmek isteyirem. 2011de Aprel ayinda aile qurdum ozumden 17 yash boyuknen oda ish adami oldugundan hem rusiya vetendashir hemde buranin.Burda evi sheherde 6 paralelni kucesinde almishdim rehmetiy dostunun adina. indide 6 aylig ushagnan nebize baxir ustegel bu iki il erzinde ancag rusiyadadir bura 10 gunluk gelir gedir.Problemim odurki mene komeklik edin oglumun haqqini mudafie etmeye komek edin mene. O evi satibdi indide eshitdiyimden yasamalda hardasa ev alibdi mashin alibdi hec maraglanmir ovladi orda neyeyir neicir. Cox xahis edirem mene bir yol gosterin men neyniyim cunki bu insan ancag ozun ucun yashiyir. menide bir ushagnan qoyub atamnin evine.
Cavab:
Siz boşanmaq uçun ərinizin rəsmi qeydiyyatda olduğu rayon məhkəməsinə müraciət edə bilərsiniz. Boşanma zamanı 1 uşaq üçün aliment tələb edə bilərsiniz. Birgə nigah müddətində hər hansı bir əmlak əldə etmişsinizsə, (məsələn ev, avtomaşın və s) həmin əmlak üzərində sizin də 50% payınız vardır.
Əlavə sualınız və vəkil yardımına ehtiyacınız olsa zang edib məlumat əldə edə bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Ferid
 04.06.2013
Sual:
Salam.Menim yoldasim Qubada qeydityatdadi(prapiskada),men ise Tovuzda,Insallah Azerbaycana gelende isteyirsem yoldasimi Tovuza qeydiyata salim bununcin ne etmeliyem,? Tesekkur edirem
Cavab:
Bundan ötrü Tovuz şəhərində mülkiyyətinizdə ev və ya mənzil varsa siz, yoxdursa mülkiyyətində ev ya məznzil olan hər hansı bir qohumunuz müvafiq ərizə ilə rayon Polis İdarəsinin pasport ximətinə müraciət edib qeydiyyati rəsmiləşdirə bilərsiniz.


İHHK-nın Hüquqi Yardım Mərkəzi
Rehimov Namiq
 10.05.2013
Sual:
Salam.Size bele 1 sualla muraciet etmek isteyirem.9 aydir nerdivandan yixilmisam,daban sumuyum 3 yere qelpeli sinmisdi.Travmatologiyada 1 hekim meni narkozla mini emeliyyat eledi,yeni ayagimi kesmeden sumukleri 1yere eliyle topladi.amma cox berbad gunde toplayib.meni sikest eleyib,gipsi de eyri qoyub ayagimi yere qoya bilmirem,duz otuzdurmayib.Sorusanda ki,emeliyyat nece oldu?dedi babat elemisemdeee.Nece hekim baxib deyirler ki,duz elemeyib,seni sikest eleyib.Minnetle tanisliqla 300ozune 60 narkoza ,dermanlara n qeder vermisem,2kurs masaj,fizioterapeya olunub..Arada konsultasiyaya gedende zehmet cekib yerinden durmurdu,3-4metr mesafeden ayagimin sisine baxib deyirdi ki,bele olmalidir,.ne ise.indi de rentgen eletdirmisem ayagim 1,5sm qisalib,kistavari maye askarlanib.veziyyetim cox pisdir,satici isleyirem,ailemi men dolandiriram.ayaq uste durmaq bele menimcun isgencedir.isteyirem o "coban"mene deyen menevi,psixoloji,maddi ziyani odesin.Qoy bilsin bacarmadigi isin qulpundan yapismasin,camaatin heyati ile oynamasin,..onu mehkemeye vermek isteyirem.Mene yol gosterin.artiq derecede sizden xahis eleyirem.
Cavab:
Salam. Siz həkimin səhlənkarlığı nəticəsində sağlamlığınıza dəyən zərərlə bağlı olaraq məhkəməyə müraciət edə bilərsiniz.


İHHK-nın Hüquqi Yardım Mərkəzi
riza,biabani,vali
 09.05.2013
Sual:
iranda panturk olmaq curmuyle firari olmuwam... burda yawiya bilmirem... azerbaycana gelmey isdiyirem... bunun icinde pul lazim
Cavab:
Salam. Sualınız aydın olmadı. Xahiş edirik daha ətraflı izah edin.


İHHK-nın Hüquqi Yardım Mərkəzi
Bayramova Nazli
 09.05.2013
Sual:
Salam.Men ali tehsilli olmagima baxmayaraq issisem,yoldasim da hemcinin.1övladimiz var.Usaq teze dogulanda sud pulu ile elaqedar muraciet etdik.Bize siz islemediyiniz ucun dusmur dediler.İslemediyimiz ucun bu pula ehtiyacimiz vardi.Heqiqetenmi menim övladima hec bir muavinet dusmur.Birde 3-cu ildir ki islemirem ixtisasim fransiz dilidir,rayonda bu fenn tedris olunmur.Menim magistratura tehsilim var.Uzun muddet bele davam etse diplomlarimin quvveden dusme ehtimali varmi? Evvelceden tesekkur edirem.
Cavab:
Salam. Sizin ünvanlı sosial yardım ala bilərsiniz. Ünvanlı sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmçinin siz işsiz kimi qeydiyyata düşməlisiniz.
Sosial yardım hər bir fərd üçün yaşayış minumumu ilə 93 manat müəyyən olunmuşdur. Əgər sizin sosial yardım almaq hüququnuz varsa, hər bir fərd üçün 93 manat hesablanır və nəticədən ailəyə daxil olan vəsaitin məbləği çıxılır. Yəni, əgər sizin ailəniz 3 nəfərdən ibarətdirsə,(3*93=279manat) alınan bu məbləğdən ailəyə pensiya və digər formada daxil olan gəlir çıxılır və yerdə qalan məbləğdə sosial yardım müəyyən edilir.
Həmçinin sizə ünvanlı sosial yardımın alınmasında hər hansı qeyri-qanuni hərəkətlərlə üzləşsəniz 142 qaynar xətti ilə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verə bilərsiniz. (www.mlspp.gov.az/service.php?id=14&lang=1)
İşləmədiyinizə görə diplomlarınız heç vaxt qüvvədən düşmür.


İHHK-nın Hüquqi Yardım Mərkəzi
gulnar quliyeva
 09.05.2013
Sual:
men 2010 cu ilde aile qurmusam. 2011 ci ilde yoldasim ozune masin alib. oz pulu ile alib. men islemirem. hal hazirda bosanmasaq bele uzun muddetdirki ayri yasayiriq ovladimiz yoxdu. bilmek isterdimki biz bosananda o masinda bolunecekmi ve men masinin deyerinin yarisin pul seklinde olsa bele ondan ala bileremmi?
Cavab:
Salam. Əgər avtomobil ərinizin mülkiyyətindədirsə, sizin belə bir hüququnuz var.


İHHK-nın Hüquqi Yardım Mərkəzi
aliyev ramil ramiz oqlu
 09.05.2013
Sual:
salam menim problemim buduki menim yoldasim gurdustan vetandasidi men ise azerbaycan men rusiyada olan mudetta menim uc usaqim olub ev saraitinde men burda olmadigima gore yoldasim usaqlara dogum haqinda sadetname almiyib indi men neca ala bilerem
Cavab:
Salam. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində müraciət edilməlidir. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Əgər qeydiyyat şöbəsi doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbini üzrsüz hesab edərsə, inzibati tənbeh tətbiq edilə bilər.
Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
2. valideynlərin nigah haqqında şəhadətnaməsi;
3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;
4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
5. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd.


İHHK-nın Hüquqi Yardım Mərkəzi
Quliyeva Ülkər Vahid
 08.05.2013
Sual:
Salam.Mən 13-14 yaşlarında ikən atam ve anam boşandılar ve atam meni özü ilə götürdü.Əslındə mən anamla qalmaq istəyirdim lakin atamdan qorxduqum üçün ona qarşı çıxa bilmədim.Uzun illərdən sonra yetkin yaşa çatdıqdan sonra atamı qoyub anamın yanına gəldim və artıq neçe ildir ki kirayələrdə qalırıq.Atamın isə 3 otaqlı evi var hansındakı men də qeydiyatdayam. Sizə 3 sualım var.1-ci Mənim xəbərim olmadan məni o evden qeydiyyatdan çıxara bilərlər?Onu da qeyd edim ki 2010-cu ildə şəxsiyyət vəsiqəmi yeniləyən zaman jek-dən yaşayış haqqında arayış alanda mən orda qeydiyyatda var idim. 2-ci Mənim atamdan ev tələb etməyə hüququm çatır?Qeyd edim ki hal-hazırda subayam ve hec vaxt ailəli olmamışam. 3-cü əgər buna haqqım çatırsa,əlimdə hansı sənədlərin siyahısı olmalıdır?
Cavab:
Salam. Atanız evin mülkiyyətşisi olduğundan öz istəyi ilə sizi qeydiyyatdan çıxara bilər. Hal-hazırda sizin atanızdan ev tələb etməyə hüququnuz yoxdur. Lakin siz atanızın qanuni vərəsəsi hesab olunursunuz və digər vərəsələrlə yanaşı həmin mənzildə müəyyən paya, əgər digər vərəsələr yoxdursa bütünlüklə həmin mənzilə sahibsiniz. Lakin Vərəsəlik hüququ insanın (vəsiyyət edənin) ölümündən sonra yaranır.


İHHK-nın Hüquqi Yardım Mərkəzi
eliyeva nermin eli qizi
 08.05.2013
Sual:
salam.men bowanmiwam yoldawim azerbaycan vetendawi deyil.pasportda harda ucotdadisa menim uwaqima ev teleb eliye bilerem.4yawinda oglum var.mende uwaqda menim atam evinde ucotdayiq.oglanin adina ev yoxdu.xahiw edirem cavablandirin.men neyniyim??????
Cavab:
Salam. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır və boşanma zamanı həmin əmlakın yarısı sizə çatır. Əgər keçmiş ərinizin mülkiyyətində heç bir əmlak yoxdursa, sizə heç bir pay düşmür.


İHHK-nın Hüquqi Yardım Mərkəzi
Şahvələdov İlqar Muxatr oğlu
 07.05.2013
Sual:
Salam. Mənə başa slın zəhmət olmasa hüquqi şəxs kimdir və fiziki şəxs kimdir? çox saqolun
Cavab:
Salam. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 24-cü maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan әcnәbilәr və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir.
Həmin Məcəllənin 43-cü maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
Qısacası hüquqi şəxs yuxarıdakı tələblərə cavab verən qurum, fiziki şəxs isə insan fərdidir.


İHHK-nın Hüquqi Yardım Mərkəzi
kamile
 07.05.2013
Sual:
Salam ovladlar arasinda vereseye bolunmus evi istenilen verese mehkemeye verib payini satmaq yolu ile payini ala biler?
Cavab:
Salam. Bəli, hər bir payın mülkiyyətçisinin belə bir hüququ var.


İHHK-nın Hüquqi Yardım Mərkəzi
Musaibova Zeyneb Eliheyder
 07.05.2013
Sual:
məlumatlandırma icraatı harada yerleshir. Belediyye ile torpaq almishiq tikintiye bashlamaq ucun layiheni cekib məlumatlandırma icraatına teqdim etmeli oldugumu bilirem amma oranin harada yerleshdiyini bilmirem
Cavab:
Salam. Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.
Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur.
Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Siz tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə yerli icra hakimiyyəti orqanına məlumat verməlisiniz və yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsini yuxarıda qeyd olunan tələblərə uyğunluğunun yoxlanılması üçün həmin orqana təqdim etməlisiniz.


İHHK-nın Hüquqi Yardım Mərkəzi
allahverdiyeva safura letif q.
 06.05.2013
Sual:
suruculuk vesiqesi 1 il icbari ish.ve indi hacan verecekler??
Cavab:
Salam. Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır:
1. nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən cox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;
2. nəqliyyat vasitəsini idarə etmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün.


İHHK-nın Hüquqi Yardım Mərkəzi
cosqun memmedov hebib oglu
 06.05.2013
Sual:
salam baislayn narahat edirem men bir qadini sevirem qadin ailelidi.defelerle sevdiyim qadin bosanmaq istesede eri olacaq o insan bosanmaqq razi olmuyub hemde qadinin ailesi qoymur nezerivize catdirimki qadini hele aile qurmamisdan qabaq tanimisam ve sevgili olmusuq sora men oxumaga getmisem baska olkeye sorada ailesi qizi verib neise sadece bilmek istiyiremki men xanimi goturub cixib getsem basqa olkeye menim nece qanunla problemlerim ola bilermi ? axi o evlidi xahis edirem tez cavablandirin tesekkur edirem oxudugunuz cun.
Cavab:
Salam. Əgər qadın könüllü olaraq sizinlə xarici dövlətə getməyə razılıq versə, heç bir problem olmayacaq. Lakin, siz rəsmi nikahda olan qadınla yenidən nikaha daxil ola bilməzsiniz. Rəsmi nikaha daxil olmaq üçün qadın birinci ərindən boşanmalıdır. Bunun üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidir. Ər-arvadın qarşılıqlı razılığı olduqda nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Tərəflərdən biri razı olmadıqda məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.


İHHK-nın Hüquqi Yardım Mərkəzi
Melahet Mammadova Seyfeddin qizi
 06.05.2013
Sual:
Salam! Menim sualim beledi, menim yoldasimin atasindan qalma 5-otaqli evi var evveller ev yoldasimin anasinin adina idi,atasi sonrada anasi rehmete getdikden sonra yoldasim 2-bacilarinin raziligi ile evi öz adina kecirtdi,yäniki bacilari etiraz etmedikleri ücün imza atdilar ve ev yoldasimin adinna kecdi, indi men bilmek isterdim ki bacilari hemin eve iddia ede bilärlärmi onlarin bele hüquqlari varmi?? önceden size tesekkürümü bildirirem.
Cavab:
Salam. Vərəsə mirası qəbul etmləkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Yəni, sizin baldızlarınız atrıq həmin evə dair heç bir hüquqları yoxdur və gələcəkdə də həmin mənzilə dair iddia irəli surə bilməzlər.


İHHK-nın Hüquqi Yardım Mərkəzi
Gul Gun
 06.05.2013
Sual:
Salam,men qizil zinyet isleriyle bagli mehkemeye muraciet etmisem.qarsi teref guya qizilin men terefinden 3gunlukden ogurlandigini idda edib ve bize aid olan ses yazisini mehkemeye veribler.o ses yazisinin bize mexsus olmasini qebul etmisik.amma orada basqa qizildan sohbet gedir,hansiki o qizillar siyahida yoxdu.hakimden o sesyazmani ekspertizaya gonderilmesini ve vaxtinin ve kim terefinden yazilmasini xahis etsek de,hakim iddiamizi temin etmedi.bele bir shey mumkundurmu?o ses yazisi eslinde 3gunluk erefesinde yox,2 ay sonra yazilib.xeberimiz olmadan yazilan ses qanuni hesab edile bilermi?!
Cavab:
Salam. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Yəni, qarşı tərəf səs yazısının nə vaxt və kim tərəfindən yazıldığını göstərməyə borcludurlar.
Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.


İHHK-nın Hüquqi Yardım Mərkəzi
Aliyeva Yegane Rafiq
 06.05.2013
Sual:
Salam. Menim yoldasim Rusiya vetendashidi mense Azerbaycan.biz Nikaha moskva sheherinde duwmuwuk.bir nece ay sonra korpemiz dunyaya gelecek.BILMEK ISTERDIM KI EGER KORPE MENIM QEYDIYYATDA OLDUQUM SHEHERDE bAKIDA DUNYAYA GELSE ONA DOQUM HAQQINDA SEHADETNAME ALA BILEREMMI.COX SAG OLUN
Cavab:
Salam. Bəli, Siz Azərbaycanda da doğum haqqında şəhadətnamə əldə edə bilərsiniz.


İHHK-nın Hüquqi Yardım Mərkəzi
<<< geri | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 | irəli >>>