Online hüquqi yardım

Ad, soyad, ata adı: *
Telefon:
Elektron poçtunuz:
Digər əlaqə vasitəniz
(İCQ, MSN, Skype və s.):
Yaşınız:
Yaşadığınız yer
(ölkə, rayon, şəhər):
Sualınızı və ya probleminizi yazın (ərtaflı) *
Təhlükəsizlik kodu:
Kodu daxil edin: *
 


cavadova lalezer memmeddeli qizi
 12.12.2013
Sual:
men cavadova lalezer memmedeli qizi ssr ordusunda sonra mn ordusunda xidmet etmiwem rabiteci vezifesinde xidmet etmiwem ve ehtiyata buraxildim rus ordusunun vaxdinda otak yarim ev verilmiedi himayyemde az yawli ovladim variydi oqlumun 17 yawi variydi evden bizi cixarip cole atdilar aperaciya mehkemesi evi 1999 cu ilde qaytardi ona baxmayarak icra olunmadi hele kirelerdeyik muharibe vetiraniyam evin orderi daimidi xidmeti doy hemin binada herbinin uzunu gormeyenler yawayir gence weheri 83 sayili h w cik bina 391 menzil 5 hele qeydiyatim oradi orderi evin var bawqa senet duzeldip ler jekin iwcileri xelilov dursun tanya adinda rus qadin 1999 indiye qetname icra olmayip
Cavab:
Salam. Əgər sizin əlinizdə xeyrinizə olan bir məhkəmə qətnaməsi varsa, siz Ədliyə Nazirliyinin İcra Baş İdarəsinə, Azərbaycan Respublikası Prezidentinə məktubla müraciət edin.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
samire mustafayeva
 12.12.2013
Sual:
salam 14 oktyabrda bosanma mehkemem olub. 1 ay sonra mene qetname gelib. bu gune qeder qarsi teref aliment vermeyib. bunun ucun icra memurlarina muraciet etdim, dediler ki sened gelmeyib, ola bilsin ki qarsi teref apelysaiyaya muraciet edib. apelyasiya mehkemenin qerarini deyise bilermi.cox guman ki alimentin miqdarini azaltmaq ucundur.eger beledirse apelyasiya alimenti azalda bilermi.sag olun.
Cavab:
Salam. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, tərəflərdən biri məhkəmə qərarı ilə razılaşmadıqda yuxarı instansiya məhkəməsinə müraciət edə bilər. Lakin biz konkret deyə bilmərik ki, apellyasiya məhkəməsi alimentin məbləğin azaldacaq. Çünki bu məsələni məhkəmə araşdıraraq qərar verir.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Kazimova Roya
 12.12.2013
Sual:
Salam,biz heyat yoldashimla en qisa zamanda boshanmaq istayirik,bunun ucun na etmaliyik,hansi senedleri toplamaliyiq va bu proses an az hansi vaxta cakar
Cavab:
Salam. Əgər tərəflərdən hər ikisi razı olduqda və yetkinlik yaşına çatmayan övladlar olmadıqda, müvafiq rayon üzrə VVAQ şöbələrinə ərizə ilə müraciət edərək, 1 ay ərzində nikaha xitam verilməsini tələb edə bilərsiniz.
Lakin tərəflərdən biri razı olmadıqda və yetkinlik yaşına çatmayan övladlar olduqda nikah məhkəmə qaydasında pozulur. Bunun üçün konkret müddət deyə bilmərik. Çünki məhkəm prosesi uzana bilər.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Seide Haciyeva
 12.12.2013
Sual:
Salam.Menim 36 yawim var.2006 ci ilde aile heyati qurdum ve bundan 5 yawli oglum var.Zaksimiz olub,indi bowanmaq qerarindayam.Nigahim Nesimi rayon VVAQinda etmiwik.Sualim budur,mene bowanmaq ucun hansi senedler lazimdir?Qeyd edim ki,uwaqi atasina vermey iqtidarinda deyilem.Menimle qalacaq.
Cavab:
Salam. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinə əsasən, cavabdehin, yəni qarşı tərəfin qeydiyyatda olduğu rayon (şəhər) məhkəməsinə müraciət edərək, nikahın pozulmasını tələb edə bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Orucov Fuad Rəhman oğlu
 12.12.2013
Sual:
Salam.mənim şikayətim Quba rayon Qaz İstismar idarəsi ilə bağlıdı.Bir ay bundan əvvəl qaz idarəsinin iççiləri yaşadığım mənzilə gələrək,kobud şəkildə guya borcumuz olduğunu,ödəməsəy evə gələn qaz xəttini kəsəcəylərini bildirdilər.Halbuki,bizim əraziyə qaz veriləndən bəri hər ay istifadə etdiyimiz qazin pulunu ödəyib qəbzlərini də almışam.Səhəri qaz idarəsinə ödədiyim qəbzləri də alıb getdim ordada çox kobud rəftarla qarşılaşdım.qəbzləri araşdırarkən Azəripoçta məxsus olan 4 ədəd 140 manat dəyərində qəbzin balansıma oturmadığını(halbuki qəbzləri mən poçta yox,qaz idarəsinin işçilərinə vermişdim) və 110 manat pulun isə səhvən oturduğunu bildirdilər.Mən rəsmi şəkildə Quba Rayon Qaz İstismar idarəsinin müdiri Məhərrəm Hacıyevin adına şikayət yazdim.İki həftədən sonra mənə poçtnan cavab gəldi və bunun onların problemi yox Azərpoçtun problemi olduğu və orda araşdırmalı olduğumu bildirdilər.Bayaq dediyim kimi mən heç bir poçt məntəqəsinə getməmişəm və pulu qaz idarəsinin işçilərinə qapıda vermişəm.Amma balansıma səhv oturan 110 manatdan isə heç bir xəbər olmadı.Mən sizə inanıram və bir Azərbaycan respublikasının vətəndaşı olaraq bu məsələdə mənə köməklik etməyinizi sizdən xahiş edirəm.
Cavab:
Salam. Məsləhət görərdik ki, pozulmuş hüquqlarınızı müdafiəsi üçün məhkəməyə müraciət edin.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Mübariz Musayev Fərman
 12.12.2013
Sual:
Salam menim həyat yoldaşım menimlə nigah müqaviləsini pozur və aliment istəyir bilmek istərdim men alimet nece ödəməli və mənim hansı əsaslarla kəsilən alimentin 50% uşaqların bank hesabına yatırma ixtiyarında ola bilərəm?
1-də mənim həyat yoldaşım uşaqların saqlamnığını düşünmür və ailədə bu cəhhədən problem olmasına gətirib çıxarır məndə əyani sübut var bu nə qədər mənə köməklik edə bilər?


Təşəkkür
Cavab:
Salam. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, uşağın saxlanması üçün aliment ödəməyə borcludurlar.
Qeyd edək ki, sualınıza konkret cavab verə bilmərik. Çünki burada əsas uşaqların mənafeyi nəzərə alındığı üçün bu məsələlər məhkəmə qaydasında həll edilir.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Mirzəyev Səyavuş Surxay
 12.12.2013
Sual:
Salam.Bərdə şəhərində yaşayiram atam rəhmətə gedib atamizdan bize qalan binada ev qalib o evi satmaq isteyirik bize bu bolgu baresinde istiqamet vemeyinizi xaish edirem
Cavab:
Salam. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, miras vəsiyyətnamə və ya qanuni vərəsəlik qaydasında bölünür. Əgər atanız hər hansı vəsiyyətnamə verməyibsə, əmlak qanuni vərəsəlik qaydasında vərəsələr arasında bölünməlidir.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
aisa zeynalova nebi
 12.12.2013
Sual:
aliment ucun rusum ne qederdir?
Cavab:
Salam. Azərbaycan Respublikası "Dövlət rüsumu haqqında" Qanuna əsasən, aliment tələbi zamanı dövlət rüsumu tutulmur.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Alim Hüseynov Məmmədrəhim
 12.12.2013
Sual:
Salam, mən Sabunçu rayonunda müvəqqəti qeydiyyatdayam. İş tapmaqda çətinlik çəkdiyim üçün Sabunçu rayon Məşğulluq Mərkəzinə müraciət etmişəm. Oradan məni işaxtaranlar siyahısına daxil etsələr də, nə münasib iş təklif etmirlər, nə də işsiz statusu vermək istəmirlər. Cavabları budur ki, işsiz statusu almaq üçün daimi qeydiyyatda olduğum yerə müraciət etməliyəm. Halbuki mən neçə ildir ki, orada yaşamıram. Bu nə dərəcədə doğrudur?
Cavab:
Salam. Siz daimi yaşadığınız yerin Məşğulluq Mərkəzinə müraciət etməlisiniz. Orada əsaslandırmalısız ki, siz orada daimi yaşayırsınız. Həmçinin qeyd edək ki, işsiz kimi qeydiyyatdan keçdikdən sonra vakansiya yaranan kimi sizə iş təklif etməlidirlər.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Vusal Heyderov Ilyas
 12.12.2013
Sual:
Meni Cpa icgili halda masinin arxasinda yatarken acari cibimden goturerek bolmeye aparib,Akt-ada yazib ki icgili halda mashini zig-zag shekilinde surerken yaxalanib.Shahidlerimde var ki men icgili mashin surmemishem.Yaxinliqdada kamera var
Cavab:
Salam. Sualınız aydın deyil. Zəhmət olmasa sualınızı dəqiqləşdirin. Ancaq hüquqnuzun pozulduğun iddia edirsinizsə, BDYP İdarəsinə və ya məhkəməyə müraciət edə bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Emin Ahangari
 11.12.2013
Sual:
salam men texminen 8 ay bundan qabaq kreditde olan (kredit muqavilesi oz adima olan)lakin satdigim gunden bu gune kimi kredit odenilmiyib.bir nece elden ele kecib hec kimde odenis elemiyib.mende gedib NOTARIAT kantorunda verdiyim eytibarnameni legv etdirmisem (mulki,surmek)ve mene cavab gelib legv olunmasi barede.indi men mehkemeye vermek isdiyirem masinin saxlanilmasi ucun.mene lazim olan IDDIA ERIZESI dir ki onu AGDAM RAYON MEHKEMESINE GONDERIM axirinci eytibar olunan sexs agdam rayonundandin.cox xahis edirem mektubumu cavablandirasiz
Cavab:
Salam. Sualınız aydın deyil. Zəhmət olmasa sualınızı aydın yazın.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Anar Dasdemirov
 11.12.2013
Sual:
Salam!
bosanmaq ucun hansi senedler toplanmalidir(bosanma isteyi birtereflidir).
Cavab:
Salam. İlk növbədə iddia ərizəsi yazılır və ona qoşma aşağıdakı sənədləri əlavə etmək lazımdır.
1.Nikah haqqında şəhadətnamə
2. Tərəflərin şəxsiyyət vəsiqəsinin surəti
3. Yetkinlik yaşına çatmayan şəxslərin doğum haqqında şəhadətnamələrinin surəti
4. Dövlət rüsumunun ödənilməsi barədə qəbz və s.
Alim Hüseynov
 11.12.2013
Sual:
Dövlətin öz vətəndaşını işlə təmin etmək vəzifəsi varmı?
Cavab:
Salam. Bununla bağlı zəhmət olmasa yaşadığınız ərazi üzrə Məşğulluq Mərkəzinə müraciət edin.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Alim Hüseynov
 11.12.2013
Sual:
şəxs mənzili girov qoyub bankdan pul götürdükdən sonra onu sata bilərmi?
Cavab:
Salam. Xeyr, sata bilməzsiniz. Çünki həmin mənzil girov predmeti olur.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
zaur ibrahimov ramiz
 11.12.2013
Sual:
kend yerinde vaxti ile hokumet terefinden ayrilmis torpaq sahelerini 3 nefer ile alqi satqi muqavilesi imzalayaraq, notariat suretde tesdiqlenmis ve haqqi odenilmekle 1 hektara yaxin torpaq sahesi almisiq. tam cixarishla (kupca) torpaq artiq bizim adimizadir. bildiyim qeder artiq menim xususi mulkiyyetimdi. indi hemen torpaq sahesinde ev tikmek isteyirik lakin belediyye icaze vermir. deyir bu torpaqlar ekin ve teserrufat u4un ayrilib. lakin senedli ve tam huquqi cehetden o torpaqlar belediyyeninde raziligi olaraq alti satqi muqavilesi esasinda ilk sahiblerinden alinmisdir. bilmek isterdim ki menim orda ev tikdirmem qanuna ziddirmi?
Cavab:
Salam. Əgər torpaq sahəsi kənd təsərrüfatı üçün verilmiş torpaqdırsa, bəli, ev tikdirməyə icazə verilə bilməz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Nazim Məsimov Əliağa oğlu
 11.12.2013
Sual:
salam xahiş edirəm mənə kömək edin.mən 19 il 10 ay Qəbələ RLS-də hərbici işləmişəm və Dağıstan Respublikasından pensiyaya cıxmışam və3 ay oradan pensiyamı almışam və oradan Azərbaycana perovod ediblər sənədlərim Hərbi Nazirliyə gəlib və oradan dövlət sosial mmüdafiyə fondu hərbi quluqcuları xususi rütbəli şəxslələ iş departametinə göndərilib İndi həmən idarədən deyirlər ki sənə Azərbaycandan pensiya düşmür əgər düşmürdüsə niyə sənədlər hərbir idarəyə düzgün gəlib catıb.bildiyimə görə Rusiyailə müqavilədə var və12 il 6 ay əgər hərbidə işləmisənsə sən Azərbaycandada ala bilərsən.əvvəlcədən sizə təşəkür edirəm
Cavab:
Salam. Bəli, sizin pensiya almaq hüququnuz vardır. Zəhmət olmasa Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsinə müraciət edin.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Amonim
 10.12.2013
Sual:
Salam menim bir muraciyetim var zahmet olmasa. Bunu cavablandirdiZ.men rasiyada zakiz edmishem. Ayrilmaqa azerbaycandan mumkindimi.?ukrayinada zakis olub ve bir ovladim var. onan alement ve ushaqima qore yashamaqa yer Teleb edmey ishdeyirem onun adina ev ve maqazin var bunlar. Maqazin evlikden sonra alinib. Bu paydan bize. Dushur. Yeni ushaqa ve nece. Teleb ede bilerem burdan cox xayish edirem cavab veresiz men burda kirede qaliram qizim mektebi oxuyur tek bashima cox cetindi
Cavab:
Salam. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 150-ci maddəsinə əsasən, Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında, eləcə də Azərbaycan Respublikasının vətəndaşları arasında bağlanan nikahın Azərbaycan Respublikasında pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
150.2. Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasından kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza bilər. Nikahın müvafiq icra hakimiyyəti orqanında pozulmasına Azərbaycan Respublikasının qanunvericiliyi ilə yol verilirsə, həmin nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində pozula bilər.
Yəni, siz müvafiq rayon məhkəməsinə müraciət edərək nikahın pozulmasını tələb edə bilərsiniz. Həmçinin aliment və ümumi birgə nikahdan sonra əldə olunmuş əmlakın bölünməsini tələb edə bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
TURAN SEFEROV ALCAN
 10.12.2013
Sual:
SALAM. BAGISLAYIN BIR DE ARAHAT EDIREM SIZI. MEN BILMEK ISTERDIM MEHKEMEYE MURACIET ETMEKLE EV ALDIGIM SEXSLERI EVDEN QEYDIYYATDAN CIXARA BILEREMMI? EYER BU MUMKUNDURSE BIR IDDACI OLARAQ ONLARIN EVDEN QEYDIYYATDAN CIXARILMASI UCUN MEN DOVLET RUSUMU ODEMELIYEMMI? EYER ODEMELIYEMSE BU MEBLEG HER NEFER UCUN NE QEDERDIR? EVVELCEDEN TESEKKURLER
Cavab:
Salam. Bunun üçün siz ilk növbədə müvafiq rayon üzrə Polis İdarəsinə müraciət edərək, həmin şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edə bilərsiniz. Onlar bunu etməlidirlər. Əgər həmin şəxsləri qeydiyyatdan çıxarmaqdan imtina edərlərsə, bu zaman yazılı məktubla imtina verilməsini tələb edin. Bundan sonra həmin imtina məktubundan inzibati-iqtisad məhkəməsinə müraciət edərək, həmin şəxslərin qeydiyyatdan çıxarılmasını Polis İdarəsinin üzərinə qoyulmasını tələb edə bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Mehrəliyev Əzim Səfər
 10.12.2013
Sual:
Yol hərəkəti qanununa əsasən 52.8 bəndine gore dayanma durma ve eyni istiqamətde hərəkət zamani qapının acılması qadağandır.Qəflətən qapının açılması ilə əlaqədar olaraq mənim maşınıma ciddi ziyan dəymişdir.Yol qəzası əsasında yol polisinin yazdığı protokolda 52.8 göstərilmişdir ve qarşı tərəfi inzibati xətalar məcələsinin 151.1 maddəsi ilə günahkar bilmişdir.Qərar ı qarşı tərəf düzgün hesab etməyərək məhkəməyə müraciət etmişdir lakin məhkəmə verilmiş qerarın doğru olduğunu qerara almışdır.Sonra qarşı tərəf həmin qərardan razı qalmayaraq apellasiya məhkəməsinə şikayətini bildirmişdir.Yalnız apellasiya məhkımısi yol polisinin qerarının guya düzgün verməməyinə görə qərarı ləğv edərək yenidən 1-ci instansiyaya göndərilməsinə göstəriş vermişdir.apellasiya məhkəməsi yol polisinin İXMM-nin 151.1 madəsinin düzgün verilməməsini bildirib.Bu halda mən apellasiya məhkəməsinin tutarlı səbəbini görməmişəm mən bu barədə nə edə blərəm.apellasiya məhkəməsindən hara şikayət edə bilərəm.
Cavab:
Salam. Siz bununla bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edə bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
şəbnəm mensumova himalay
 10.12.2013
Sual:
Salam mən 1 ildiki ailə həyatı qurmuşam. Ancaq yoldaşım 2ay əvvəl hərbi xidmətə gedib.men ise 2 universitet bitirmişəm ancaq iş tapa bilmirem.yoldawim qaydib is tapana kimi men dolanmaq üçün sosial mudafie fonduna muraciet etsem mene ne cür yardım edile biler?yeni ferqi yoxdur ya işlə ya da maddi yardım ala bileremmi?
Cavab:
Salam. Siz zəhmət olmasa yaşadığınız rayon üzrə Məşğulluq Mərkəzinə müraciət edə bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
hesenov sherqevi
 10.12.2013
Sual:
Radar, ballari oyrenmek isteyirem
Cavab:
Salam. Bu linkə daxil olaraq ( http://mia.gov.az/?/az/driverlicense/) sürücülük vəsiqənizin seriya nömrəsin daxil etməklə cərimə və balları öyrənə bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
yunusov tebriz tofiq
 10.12.2013
Sual:
salam,men size bu sualla muraciet etmisdim lakin siz cavab vermediniz,anam paralic kecirdib,komissiyadan kecib deyirlerki stajin on ildir,11 il 8 ay olmalidirki texmini yuz elli manata yaxin pul alasan,lakin bu stajla 67 manat ala bilersen,qanunda bu barede bir sey var?birde yasi 50 dir,deyirlerki yasi 45 olsaydi ala bilerdi 150 manata yaxin,xahis edirem cavablandirin,bilmek isteyiremki dedikleri qanunda nezerde tutulur?
Cavab:
Salam. Sualınızda qeyri-müəyyənlik var. Zəhmət olmasa, sualınızı daha konkretləşdirin.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
ziyafet sadiqova faiq
 10.12.2013
Sual:
Yeni evlidi qardasim..2 aydi..ama ayrilmaq isteyirler..bosanmaq isteyirler...qiz terefi nese iddia edib ala biler?usaq yoxdu...ve hansi teref vermelidi erizeni?
Cavab:
Salam. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, tərəflərdən hansı istəsə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikahın ləğv edilməsini tələb edə bilər.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Azər Quliyev Əmir
 10.12.2013
Sual:
Yerli dövlət orqanlarının vəzifəli şəxslərinin törətdiyi korrupsiya,saxtakarlıq və CM-nin 191,194.2.2,308,309,311,313maddələrində göstərilən əməlləri barədə ərizələrim cinayət təqibi aparilmadan şikayət etdiyim dövlət orqanlarının özlərinə və rəhbərliklərinə qöndərilmişdir. Onlar isə öz işçilərini müdafiyəsi ücün böhtan xarakterli və əsassız cavablar verərək öz cinayət əməllərini davam edirlər.Nəzərə almağınızı xahiş edirəm ki bu törədilmiş cinayət əməllərinə görə mən sahibkar olaraq 9 ildir ki qanuni mülkiyətimdən istifadə edə bilmirəm.Ailə vəziyyətim ağırdır,artıq dözə bilmirəm.Cinayət təqibi aparılması üçün yeganə çıxış yolunu cənab Prezidentə və mərkəzi icra orqanlarına videomuraciyyət edərək çəkilişin sonu nda özümü doğramaq qərarına gəlmişəm.Bütün hüquqi yollardan istifadə etmişəm bəlkə internetə ötürülsə ailəmi bu haqsızlıqdan qurtara biləm...Yuxarıda qeyd edilənlərin hamısını bir saat ərzində əlimdə olan fakt və sənədlərlə sübut edə bilərəm.Nə edim kömək edin!!!
Cavab:
Salam. Əgər sizin mülkiyyət hüququnuz pozulubsa, ilk növbədə məhkəməyə müraciət edin. Əgər məhkəmələr iddianızı təmin etməzsə, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edə bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
abdullayev samir sabir oglu
 09.12.2013
Sual:
menim dostumun atasi evini satmaq isteyir ancaq dostuma hec pul odemek istemir. Ev oglanin atasinin mulkiyyetindedir ancaq oglan ozu de o rvde qeydiyyatdadir. Dostum evi satmaq senedlerine qol cekmeyib ona gore notariat kontoru evi satmaq senedlerini tesdiqlemeyib. oglanin atasi da notariat kontorunu mehkemeye verib. mehkemeye dostum da cagirilib. İndi oglan huquqi olaraq ne etmelidir? Xatirladim ki oglanin qardawi da eyni veziyyetdedir. o da senedlere qol cekmeyib ve atasi evi sataraq her ikisini evden cixarmaq isteyir.
Cavab:
Salam. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, həmin şəxslərin mənzildən istifadə hüququ var. Övladlarının razılığı olmadan ata mənzili sata bilməz. Mənzil o halda satıla bilər ki, uşaqlara ədalətli şəkildə kompensasiya ödənilmiş olsun.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
<<< geri | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 | irəli >>>