Online hüquqi yardım

Ad, soyad, ata adı: *
Telefon:
Elektron poçtunuz:
Digər əlaqə vasitəniz
(İCQ, MSN, Skype və s.):
Yaşınız:
Yaşadığınız yer
(ölkə, rayon, şəhər):
Sualınızı və ya probleminizi yazın (ərtaflı) *
Təhlükəsizlik kodu:
Kodu daxil edin: *
 


Hüseynov Alim Məmmədrəhim oğlu
 01.12.2013
Sual:
Salam. Mən və həyat yoldaşım Bakı şəhərində olduğumuz yer üzrə qeydiyyata düşmək üçün Polis İdarəsinə (pasport stola) sənədlərimizi təqdim etdik. Orada bizdən dövlət rüsumunun ödənilməsi barədə qəbz yox, nağd pul istədilər, ancaq mənim kiməsə artıq pul vermək fikrim yoxdur. Odur ki, onlara qəbzi təqdim etmək istəyirəm. Sualım budur ki, bunun üçün dövlət rüsumu nə qədərdir, qəbzi haradan almaq olar və qəbz təqdim etməklə yoldaşımın da vəsiqəsini etibarnamə əsasında almaq istədikdə pasport stol vəsiqəni verməkdən imtina edə bilərmi? Yəni deyə bilərlərmi ki, mütləq özü gəlməlidir?
Cavab:
Salam. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, qeydiyyata düşən zaman əlavə xərc tələb olunmur. Orada yalnız şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün müəyyən olunmuş rüsum ödənilir ki, bu da 3gün müddət üçün 10 manat, 10 gün müddətində verilməsi üçün 1 manat məbləğində rüsum ödənilir. Yəni, siz mülkiyyət hüququnu təsdiq edən çıxarış, qeydiyyata düşməyə razılıq ərizəsi, 3x4 fotoşəkil və dövlət rüsumun ödənilməsi barədə qəbz verməklə qeydiyyata düşə bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
ramil
 01.12.2013
Sual:
Salam Neqliyyat vastemin etibarnamesinin bu gun vaxti bitir eger vaxti uzatmasam
Bunun cerimesi ne qederdir
Cavab:
Salam. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat miqdarında cərimə edilir.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Asya hesenova Yaqub
 01.12.2013
Sual:
salam men ad deyismekle bagli sorusuram.sexsiyyet vesiqesinde adimi deyismek isteyirem ,bunun ucun senedler istediler hamisini hazirladim.ancaq erizeden basqa .erizeni men yazmaliyam yoxsa onlar ozleri mene bildirmelidirler.hem de 5 6 ay vaxta duzeler dediler.bu tam qanunla nece olur.men nece duzelde bilerem.zehmet olmasa cavab yazin da
Cavab:
Salam. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "“ADIN, ATA ADININ və SOYADIN VERİLMƏSİ və DƏYİŞDİRİLMƏSİ QAYDALARI” haqqında qərarına əsasən, siz aşağıda qeyd olunan sənədləri qeydiyyat şöbəsinə təqdim etməklə, adınızın dəyişdirilməsin tələb edə bilərsiniz.
1.Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə ;
2.Ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə;
3.Ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
4.Ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
5.Ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;
6.Şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
7.Çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
8.Ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;
Qeyd edək ki, bunun üçün 10 manat məbləğində rüsum nəzərdə tutulmuşdur. Bu proses isə təxminən 2-3 ay müddətində həll edilə bilər.
Diqqətinizə çatdırmaq istərdik ki, siz qeydiyyatda olduğunuz rayon üzrə Asan xidmət mövcuddursa, ora müraciət etməklə asanlıqla adınızın dəyişdirilməsinə nail ola bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Səlimov Müzəffər İsrafil oğlu
 30.11.2013
Sual:
Sizə bu şəraiti yaratdığınız üçün birdaha təşəkkür edirəm. Bilmək istəyirdim ki, boşanmaq üçün ərizə verəndə hansı sənədləri təqdim etmək lazımdır məhkəməyə,və VVAQdan hansısa arayışa ehtiyac var ya yox? 2-ci sual, əyər ər və arvadla aralarında razılaşma vardırsa və bir birilərinə qarşı heç bir əmlak və s. əmlaka iddia etmirlər onda iddia ərizəsində bu hal qeyd olunsa yetərli olar ya yox? 3-cü sual uşaaqlardan kimin yanında qalmaqları soruşulur ya yox, valideyinlər bunu razılaşsalar yenədə iddia ərizəsində qeyd olunmalıdırmı ki, uşaqların kimin yanında qalamsı barədə razılaşılıbsa? Təşəkkür.
Cavab:
Salam. Ərizəyə əlavə olunana sənədlər:
- şəxsiyyət vəsiqələrinin surəti
- nikah haqqında şəhadətnamə
- uşaqların doğum haqqında şəhadətnaməsinin surəti
- dövlət rüsumun ödənilməsi barədə qəbz və s.
Validenlər ayrı yaşadıqda, uşaqların kiminlə yaşamasına qəyyumluq və himayəçilik orqanının rəyi və uşaqların mənafeyi nəzərə almaqla məhkəmə tərəfindən həll edilir.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
eliyeva elmira habil
 30.11.2013
Sual:
salam.men toyla evlenmisem.molla kebinimiz var.zaks elememisik.7 ile yaxin bir yerde olmusuq.usagimiz yoxdu.yoldasim rusiya vetendasidi amma sumqayitda qalir.anasi ile.ayrilmaq isteyirik.3 aydi oz atamin evindeyem.cehizlerimi qaytarmaq istemirler.aldiqlari qizillari qaynanam coxdan elimden alib.zaksimiz olmadigina gore menim mehkemeye verib cehizlerimi almaq huququm var?ancaq oz seylerimi isteyirem.bu haqda sizden meslehet isteyirem.evvelceden tesekkurumu bildirirem
Cavab:
Salam. Bəli, siz cehizlərin qaytarılması tələbi ilə məhkəməyə müraciət edərək, cehizlərin qaytarılmasını tələb edə bilərsiniz. Əlavə məlumat üçün 012-498-79-31 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Sahil Zamanov Fexreddin
 30.11.2013
Sual:
Mən Baki şıhırində Qeydiyatdayam Amma Vayonkomatda rayonda qeydiyatdayam Men yaşadiğım ünvana qeydiyata durmaq üçün rayondan herbidən özüm çıxmalıyam yoxsa voykamat meni avtomatik qeydiyata almalıdı çox sag olun
Cavab:
Salam. Xeyr, bunun üçün müvafiq rayonun hərbi komissarlığına yaxınlaşaraq, hərbi biletə qeydiyyatdan çıxdı və hazırda qeydiyyatda olduğunuz rayonda qeydiyyata düşdü möhürü vurulmalıdır.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
İlahe İbadova
 30.11.2013
Sual:
Salam, bizim 2 azyaşlı övladımız var. 3 il olar ki, Hy-ım işsizdir. men de 4 aydır işləyirəm. evveller maraqlandım, dedilər bizə ünvanlı sosial yardım almaq mümkün deyil. gərək ailədə kimsə işləsin. men işə qəbul olandan sonra da dedilər ki, gərək ailə başçısı işləsin, yoxsa bize sosual yardım düşmür. eger menim heyat yoldaşım da men de işlesek o zaman bize ünvanlı sosial yardım almağa ehtiyac olmaz. sizce bu ne derecede düzgündür?
Cavab:
Salam. Xeyr, sizə yalnış informasiya verilib. Burada işləmək deyil işsiz olmalısan ki, aztəminatlı ailə olaraq, ünvanlı sosial yardım almaq hüququn yaransın. Aşağıdakı qeyd olunana sənədləri (tələb olunanı) yaşayış yeri üzrə Əhalinin Sosial Müdafiə Mərkəzinə təqdim edərək, ünvanlı sosial yardım ala bilərsiniz.
1. Ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin surəti;
2. Ailə tərkibi haqqında yaşayış yerindən arayış;
3. Nikah, boşanma, doğum və ya ölüm haqqında
şəhadətnamələrin surəti;
4. Qəyyumluqda (himayədə) olan uşaqlar üçün qəyyumluq
(himayəçilik) haqqında rayon (şəhər) icra hakimiyyəti
başçısının sərəncamının surəti;
5. Ailə üzvlərindən hər hansı birinin müddətli həqiqi hərbi
xidmətdə olması barədə hərbi komissarlıqdan arayış;
6. Ailə üzvlərindən hər hansı birinin ali, orta ixtisas və ya texniki
peşə təhsili alması barədə təhsil müəssisəsindən arayış;
7. Hər bir ailə üzvünün qazancı (əmək haqqı, pensiya, müavinət,
təqaüd, aliment, kompensasiya, sahibkarlıq fəaliyyətindən əldə
olunan gəlir, mülki-hüquqi müqavilə əsasında işləyənlərin
qazancı və s.) barədə müvafiq icra hakimiyyəti orqanının
arayışı;
8. Ailə üzvləri tərəfindən əmlakın icarəyə (kirayəyə) verilməsi və
ya icarəyə (kirayəyə) götürülməsi barədə müqavilənin surəti;
9. Ailənin mülkiyyətində və ya istifadəsində olan torpaq payı və
həyətyanı torpaq sahəsi barədə müvafiq sənədlərin surəti.
Qeyd edək ki, əlavə tələb olunan sənədlərin formalarını və digər məlumatları bu linkdən əldə edə bilərsiniz. Həmçinin sizə ünvanlı sosial yardımın alınmasında hər hansı qeyri-qanuni hərəkətlərlə üzləşsəniz 142 qaynar xətti ilə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verə bilərsiniz. (www.mlspp.gov.az/service.php?id=14&lang=1)

İHHK-nın Hüquqi Yardım Mərkəzi
elnur atayev vaqif
 30.11.2013
Sual:
men azer vetandashliqina nece imtina ede bilerem! ve bu imtinadan sonra bashqa bir olkenin yashamaq huququ verilmesini teleb ede bilerem?
Cavab:
Salam. Azərbaycan Respublikasının "Vətəndaşlığı haqqında" Qanunun 17-ci maddəsində qeyd edilir: Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir.
Həmçinin qeyd edək ki, vətəndaşlığından çıxdıqdan sonra, sizin hər hansı ölkəyə vətəndaşlığa qəbul olunmanız barədə Azərbaycan Respublikası öhdəlik daşımır.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
ceferova aynure yasar
 30.11.2013
Sual:
salam usagim 1 yas yarim yasi var usaq pulunu indi ala bileremmi? dogulanda almamisam cox sagolun
Cavab:
Salam. Bəli, bunun üçün konkret müddət olmadığı üçün istədiyiniz vaxt ala bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Asif nasirov afer
 30.11.2013
Sual:
Salam. Men bilmek isterdimki, birge nigahdan 1yasi tamam olmamis korpe varsa kisi bosanma erizesi vere bilermi? Eger vere bilerse qadinin raziliq erizesi mutleqdirmi ve mehkemeye iddia erizesi teqdim olunan an mutleq qadinin raziliq erizesi de verilmelidir?
Cavab:
Salam. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Yəni siz ərizə təqdim etsəniz belə, məhkəmə tərəfindən sənədlər araşdırıldıqdan sonra həmin ərizə geri qaytarılacaqdır.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Sevinc
 30.11.2013
Sual:
Salam bagisdayin sizi narahat edirem size 1 sualim var xais edirem cavablandirasiz.Menim yoldasim sosial yardim duzetmek isdeyir cox cetin veziyetde yasayiriq kiraye qaliriq 2 usagimizda var yoldasim bilmek isdeyir sosial yardim almaq ucun esas vacib olan senedler hansilardi?evvelceden tesekkur edirem
Cavab:
Salam. Aşağıdakı qeyd olunana sənədləri (tələb olunanı) yaşayış yeri üzrə Əhalinin Sosial Müdafiə Mərkəzinə təqdim edərək, ünvanlı sosial yardım ala bilərsiniz.
1. Ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin surəti;
2. Ailə tərkibi haqqında yaşayış yerindən arayış;
3. Nikah, boşanma, doğum və ya ölüm haqqında
şəhadətnamələrin surəti;
4. Qəyyumluqda (himayədə) olan uşaqlar üçün qəyyumluq
(himayəçilik) haqqında rayon (şəhər) icra hakimiyyəti
başçısının sərəncamının surəti;
5. Ailə üzvlərindən hər hansı birinin müddətli həqiqi hərbi
xidmətdə olması barədə hərbi komissarlıqdan arayış;
6. Ailə üzvlərindən hər hansı birinin ali, orta ixtisas və ya texniki
peşə təhsili alması barədə təhsil müəssisəsindən arayış;
7. Hər bir ailə üzvünün qazancı (əmək haqqı, pensiya, müavinət,
təqaüd, aliment, kompensasiya, sahibkarlıq fəaliyyətindən əldə
olunan gəlir, mülki-hüquqi müqavilə əsasında işləyənlərin
qazancı və s.) barədə müvafiq icra hakimiyyəti orqanının
arayışı;
8. Ailə üzvləri tərəfindən əmlakın icarəyə (kirayəyə) verilməsi və
ya icarəyə (kirayəyə) götürülməsi barədə müqavilənin surəti;
9. Ailənin mülkiyyətində və ya istifadəsində olan torpaq payı və
həyətyanı torpaq sahəsi barədə müvafiq sənədlərin surəti.
Qeyd edək ki, əlavə tələb olunan sənədlərin formalarını və digər məlumatları bu linkdən əldə edə bilərsiniz. Həmçinin sizə ünvanlı sosial yardımın alınmasında hər hansı qeyri-qanuni hərəkətlərlə üzləşsəniz 142 qaynar xətti ilə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verə bilərsiniz. (www.mlspp.gov.az/service.php?id=14&lang=1)

İHHK-nın Hüquqi Yardım Mərkəzi
turab rzayev xelil oqlu
 30.11.2013
Sual:
salam islemeyen sexs alimenti nece vermelidi eger ayriliq anain raziliqi ile olursa ata deyir men ayrilmiram
Cavab:
Salam. Burada bu hallar nəzərə alınmır. Hər bir halda ata övladının saxlanması üçün aliment ödəməyə borcludur.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Pervin Bağırova
 29.11.2013
Sual:
Salam.mən ailə həyatı qurarkən yoldaşımın soyadını qəbul etmişəm,amma şəxsiyyət vəsiqəsi dəyişməmişəm.Korpəmiz dünyaya gəldi dogum haqqinda şəhadetnamədə soyadlar fərqli getdi.İndi sexsiyyət vəsiqəsi götürsem oz ata soyadimda qalabileremmi?Narahat etdiyimə görə üzr istəyirəm.
Cavab:
Salam. Nikah haqqında şəhadətnamədə hansı soyad yazılıbsa, şəxsiyyət vəsiqəsini dəyişərkən həmin soyad yazılacaqdır.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
quliyeva gulane xalid
 29.11.2013
Sual:
salam bilmek isteyirem ki men dovletden hec bir yardim ala bilmirem aileliyem issizem 5 ayliq usaqim var yoldasim ise mesqulluq idaresinde issiz kimi qeydiyyatdadir
Cavab:
Salam. Aşağıdakı qeyd olunana sənədləri (tələb olunanı) yaşayış yeri üzrə Əhalinin Sosial Müdafiə Mərkəzinə təqdim edərək, ünvanlı sosial yardım ala bilərsiniz.
1. Ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin surəti;
2. Ailə tərkibi haqqında yaşayış yerindən arayış;
3. Nikah, boşanma, doğum və ya ölüm haqqında
şəhadətnamələrin surəti;
4. Qəyyumluqda (himayədə) olan uşaqlar üçün qəyyumluq
(himayəçilik) haqqında rayon (şəhər) icra hakimiyyəti
başçısının sərəncamının surəti;
5. Ailə üzvlərindən hər hansı birinin müddətli həqiqi hərbi
xidmətdə olması barədə hərbi komissarlıqdan arayış;
6. Ailə üzvlərindən hər hansı birinin ali, orta ixtisas və ya texniki
peşə təhsili alması barədə təhsil müəssisəsindən arayış;
7. Hər bir ailə üzvünün qazancı (əmək haqqı, pensiya, müavinət,
təqaüd, aliment, kompensasiya, sahibkarlıq fəaliyyətindən əldə
olunan gəlir, mülki-hüquqi müqavilə əsasında işləyənlərin
qazancı və s.) barədə müvafiq icra hakimiyyəti orqanının
arayışı;
8. Ailə üzvləri tərəfindən əmlakın icarəyə (kirayəyə) verilməsi və
ya icarəyə (kirayəyə) götürülməsi barədə müqavilənin surəti;
9. Ailənin mülkiyyətində və ya istifadəsində olan torpaq payı və
həyətyanı torpaq sahəsi barədə müvafiq sənədlərin surəti.
Qeyd edək ki, əlavə tələb olunan sənədlərin formalarını və digər məlumatları bu linkdən əldə edə bilərsiniz. Həmçinin sizə ünvanlı sosial yardımın alınmasında hər hansı qeyri-qanuni hərəkətlərlə üzləşsəniz 142 qaynar xətti ilə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verə bilərsiniz. (www.mlspp.gov.az/service.php?id=14&lang=1)

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Isgenderova Reqiyye Musa qizi
 29.11.2013
Sual:
salam menim 58yasim aprelde tamam olub 2usagim var 20 il is stajim var mene pensiya dusurmu dusmurse nece yasda dusecek
Cavab:
Salam. Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.
Yəni siz 2014-cü ilin aprel ayından etibarən pensiya almaq hüququnuz vardır.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Piriyev Zaur Hidayet
 29.11.2013
Sual:
Salam.size sualim budur.8 ildir ki,mecburi kockunlerle yataqxanada qaliram.indi onlari evle temin edirler,ailde 9 neferik,bes men harda yerlesim?ozumdeki yerli qasqinam.38 ildir ki men ev novbesindeyem,kaqiz gelib ki bunu evle temin etsinler helemde buna baxan yoxdur.kimin uste gedirem qebul etmir.elimde ki butun senedler duzdur.ancaq baxan yoxdur,Mehriban xanimin qebulunda oldum.Mehriban xanimin gosterisi ile yerli icra hakimiyyetine mektub geldiki ,iwe baxilsin.bunun neticesindede bu iwe baxilmadi,kime muraciyyet etmeliyem?Gence seherinde sikayyete baxan yoxdur.
Cavab:
Salam. Məsləhət görərdik ki, yenidən Mehriban xanım Əliyevaya müraciət edəsiz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
TURAN SEFEROV ALCAN
 29.11.2013
Sual:
SALAM.BIR MESELE ILE BAGLI SUAL VERMEK ISTERDIM. MEN YENI EV ALMIWAM. EVIN SENEDLERI MENIM ADIMADI. MUQAVILEYE ESASEN EV SAHIBI ALQI SATQIDAN SONRA 2 AY MUDDETINDE QEYDIYYATDAN CIXMALI IDI. AMA MUQAVILE SERTLERINE EMEL ETMIR. TEBII MEN MEHKEMEYE MURACIET EDIB QEYDIYYATDAN CIXARA BILEREM ONU.AMA SUALIM BELEDI. MEN MEHKEMEYE MURACIET ETDIKDE ONUN QEYDIYYATDAN CIXARILMASI UCUN DOVLET RUSUMU ODEMELIYEM YOXSA YOX? EGER DOVLET RUSUMU VARSA BU HAQDA HER NEFER UCUN BU MEBLEG NE QEDERDI? EGER ONLAR QEYDIYYATDAN CIXARILSALAR HARA QEYDIYYATA ALINMALIDIRLAR? TEBII ONLARIN YASAYIS UCUN QEYDIYYAT YERLERI OLMASA? EVVELCEDEN TESEKKURLER.
Cavab:
Salam. Bunun üçün ilkin olaraq qeydiyyatdan çıxarılma ilə bağlı Polis İdarəsinə müraciət edin. Əgər onlar həmin şəxslərin qeydiyyatdan çıxarılmasından imtina edərlərsə, bu zaman həmin imtina məktubundan məhkəməyə şikayət verə bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Ceferov Samxal Agayar og
 29.11.2013
Sual:
salam men 2011 ci il baglandi 2012 may ayina qeder amma borc tam yox yari hissesi edenildi ise xezer r-nu baxdi borcun tam edenilmesini bildirdi qarsi teref apelyasya sikayeti verdi borcun hisse -hisse edenilmesicun amma temin edilmedi apelyasya mehkemesi borcun tam edenilmasini bildirdi qarsi teref yeniden natarus kagizinin legviyle bagli nizami r-n mehkemesine sikayet verdi sizden xais edirem bu ne derecede duzgundur
Cavab:
Salam. Bağışlayın sualınız aydın deyil. Zəhmət olmasa sualınızı dəqiqləşdirin.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Baliyev Muhemmed Boyukkisi
 29.11.2013
Sual:
Siz mene cavabda yazmisdiz ki qanunvericiliyə gore usagin xarice aparilmasina valideynlerden biri raziliq vermedikde buna mehkemede baxila biler,mecellede hansi maddede?tapa bilmedim?eger icaze verilibse 1 illik,bu muddet bitmemis yene mehkemeye muraciet ede bilermi?hansi maddeye esasen?tesekkur edirem
Cavab:
Salam. Bağışlayın amma sualınız tam deyil. Belə ki, siz artıq uşağa icazə vermisiniz və uşaq Azərbaycan Respublikasının sərhədlərindən çıxarılmışdır. Məhkəməyə o halda müraciət edilir ki, valideynlərdən biri uşağı ölkədən çıxarılmasına icazə vermir.
Nəzərinizə çatdıraq ki, əgər o uşaq Azərbaycan Respublikası ərazisinə daxil olduqdan sonra yenidən ölkədən çıxarılması üçün sizdən icazə istənilsə və siz icazə vermədikdə, ana məhkəmə vasitəsi ilə bunu tələb edə bilər. Ancaq əgər uşaq hazırda ölkə xaricindədirsə, 1 illik müddət bitdikdən sonra həmin uşağın məcburi Azərbaycan Respublikasına qaytarılması çox çətin prosedurdur.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Ebulfez Seferov Musviq oglu
 29.11.2013
Sual:
Evala salam 16.11 2013 saat 23:00 radelerinde Dostumla Men Elsever adlanan wexsi doymuwuk Daha dogrusu men doymuwem dostum 1 yumruq vururam bilirem Ilk once qinyarsiz meni ama Sohpetin nece oldugunu bilennen sonram mene hakq vereceksiniz Demeli bu Elsever Adlanan $exs Bize qarwi Nelayiq sozler iwledib ve telefonda Bizi Picaqla oldurmekle hedeliyib Bize Sosiyal sebeklerin birinde mene qarwi Sexsiyyet alcadan Status yazib bunu gorende bunla eleqe saxladim ve menle goruwmek istediyini dedi ver razilawdiq ve o goruw yerin 28 olmasini istedi ve razlawdim ve dostlarimla getdim indi bizim hakqimizda erze verib bize komek ede bilersiz ?
Cavab:
Salam. Konkret sualınız olmadığı üçün cavablandırmaq çətindir. Bunun üçün 012 498 79 31 nömrəsi ilə bizimlə əlaqə saxlaya bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Hesenova Konul Fazil
 29.11.2013
Sual:
Salam, bir daha sizden soruwmaq isteyirem ki, aldigim 1,20 sahede ev tikdire bileremmi , iw ondadir ki men arxitektor cagirmiwdim ve o dedi ki 1 sot torpaq sahesinde ev tikilmesine qanuna gore icaze verilmir.Men bilmek isteyirem ki, Qanun Mecellesine esasen dogrudan da ele bir qanun vardir, ya yox.
Cavab:
Salam. Qanunvericilikdə konkret ölçü göstərilməmişdir. Lakin qonşu mənzillərlə məsafə, yanğından mühafizə qaydaları və s. hesablanmaqla icra hakimiyyəti tərəfindən aparılır.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Sənəm Rzayeva Həsən
 29.11.2013
Sual:
Mən neçə ildirki işləmirəm hara gedirəmsə deyirlər bizə 18-35 yaş arası işçi lazımdır.Özümdə ali təhsilliyə 20-ilə yaxın iş stajım var.Şükürlər olsun saglam və gümraham.Özüm deməsəm heç kəs mənim yaşımı vermir.Pensiya vaxtımda deyilki.pensiya alım.Nə evim var nədə övladım tənha qadınam.Sizdən cox xaiş edirəm mənə bir çıxış yolu gösrərin.Mən nə edim,necə dolanım?Axı məndə canlı insanam,məndə yaşamaq isrəyirəm.Əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm
Cavab:
Salam. Nəzərinizə çatdırmaq istərdik ki, biz ancaq vətəndaşların hüquqi suallarına cavab veririk. Burada sizin konkret hüquqi sualınız olmadığı üçün cavablandırmaq çətindir.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Vəfa Bağırova həsən qızı
 29.11.2013
Sual:
Mən 1990-cı ildə ailə qurmuşam Gəlin gəlmişəm.Ev qaynanamın adına olub Bizim nigahdan iki qız övladımız var.Mənə məlum olmayan səbəblərdən 2013-cü ilin mart ayinda nigahdan ayrılmışam.Özümdə 2-ci qrup əliləm. hemafiliya xəstəsiyəm.Qızımın biri ailəlidi.Mənimlə boşandıqdan sonra yoldaşım Bağırov Xəqani Yusif oglu həmin məhləni bacısının adına keçirib.Mənim nədəki yetkinlik yaşında oln qızlarımın xeberi olmadan.Bilmək istəyirəm mənim və qızlarımın icazəsi olmadan evi başqasının adına keçirmək olarmı?Onuda qeyd edimki qaynanam rəhmətə gedib.Hal-hazırda yaşadığım evimizı baldizımın adına keçirib.24 ildən çoxdur mən bu evdə yaşayiram.Bu evə gəlin gəlmişəm.İndidə iddia edirlərki məndə qızımda evdən çıxaq.Mən bilmək istəyirəm mənim və balalarımın bu mulkdə payımız var ya-yox? Xaiş edirəm mənə köməklik edəsiniz.
Cavab:
Salam. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, sizin və uşaqlarınızın həmin mənzildən istifadə hüququnuz vardır və sizin razılığınız olmadan həmin əmlak alınıb-satıla, başqasına bağışlana, addan ada keçirilə bilməz. Bunun üçün bağlanmış həmin müqavilələr ləğv olunmalıdır. Əlavə məlumat üçün 012 -498-79-31 telefonla əlaqə saxlaya bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Xanim Ezmemmedova Islam qizi
 28.11.2013
Sual:
Salam 2ci qrup elil ve nevroz xestesiyem .2000 ci ilde Suraxani icra hakimiyyeti terefinden kasib ve azteminatli aile kimi muracietime baxib mene yasadigim evin arxasinda kicik kosk yeri veribler.Hemin koskde kicik alverle mesgul olub ozumu ve ailemi dolandiriram suraxaniicra numayendeleri o kosku menden almaq isteyir bascinin qebulundada olmusam menden sened isteyirler halbuki orada olan obyektlerin hec birinin senedi yoxdu .Hazirda himayemde 3 azyasli fiziki ve eqili qusurlu usaq var.Ozum de 45 kv menzilde 10 adam yasayiriq xais edirem meslehet verin cox sag olun
Cavab:
Salam. Qeyd etmək istərdik ki, biz hüquqi suallara online cavab verdiyimiz üçün burada sizə kömək edə bilmirik. Lakin siz Azərbaycan Respublikası Prezidentinə və birinci xanım Mehriban Əliyevaya məktubla müraciət edərək sizə köməklik göstərmələrin xahiş edə bilərsiniz.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
Səlimov Müzəffər İsrafil oğlu
 28.11.2013
Sual:
Salam. Əvvəla verdiyim suala cavab verdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Lakin ər-arvadın hər birinin əmlakı dedikdə nə başa düşülür yəni bölünür və ya yox.
Cavab:
Salam. Yəni kimə hədiyyə olunubsa onun əmlakıdır.

İHHK-nın Hüquqi Yardım Mərkəzi
<<< geri | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248 249 250 251 252 253 254 255 256 257 258 259 260 261 262 263 264 265 266 267 268 269 270 271 272 273 274 275 276 277 278 279 280 281 282 283 284 285 286 287 288 289 290 291 292 293 294 295 296 297 298 299 300 301 302 303 304 305 306 307 308 309 310 311 312 313 314 315 316 317 318 319 320 321 322 323 324 325 326 327 328 329 330 331 332 333 334 335 336 | irəli >>>